Ronaldonun koronavirus testinin nəticəsi açıqlanıbbackend

Ronaldonun koronavirus testinin nəticəsi açıqlanıb

İtaliyanın “Yuventus” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun koronavirus testinin nəticəsi yenidən müsbət olub.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı hücumçu karantində qalmağa davam edəcək.

Forvard UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda İspaniya “Barselona”sı ilə 29 oktyabr görüşünü buraxacaq. Bunadək isə Turin təmsilçisi oktyabrın 25-də A Seriyası matçında “Verona”nı qəbul edəcək.

Qeyd edək ki, Kriştianu Ronaldoda koronavirus oktyabrın 13-də aşkarlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*