“Rosselxoznadzor” Ermənistan fermerlərinin belini qırdıbackend

“Rosselxoznadzor” Ermənistan fermerlərinin belini qırdı

“Rosselxoznadzor” (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) bu gündən Ermənistandan bütün karantin məhsullarının idxalını məhdudlaşdırıb.

KONKRET.az xəbər verir ki, qadağa həm Ermənistanda istehsal olunan, həm də oradan göndərilən məhsullara aiddir. Rusiyadan Aİİ üzv dövlətlərinə tranzit də məhdudlaşdırılıb.

Qadağa göndərilən malların təhlükəsizliyini və izlənilə bilənliyini təmin etmək üçün xüsusi bir alqoritm hazırlanana qədər qüvvədə qalacaq.

“Ermənistan Bitki Karantini və Mühafizəsi Xidmətinin səmərəsizliyi Rusiyanın və Aİİ-nin fitosanitar rifahını təhdid edir”, – “Rosselxoznadzor” vurğulayır.

Xatırlatma: mayın 22-də Ermənistandan gül idxalına, mayın 3-d isə təzə pomidor, xiyar, bibər, göyərti və çiyələk idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib. İyunun 2-dən etibarən albalı, turş albalı, ərik, şaftalı, gavalı, nektarin və üzümə də oxşar məhdudiyyətlər qoyulub. Bundan əlavə, bir gün əvvəl nar meyvələrinin, badımcanın, kartofun və quru meyvələrin idxalı məhdudlaşdırılıb.\\yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*