Rövşən Əkbərovdan sonra növbə kimdədir? – Xəqani Cəbrayılov, Bərxudarovun qardaşı…backend

Rövşən Əkbərovdan sonra növbə kimdədir? - Xəqani Cəbrayılov, Bərxudarovun qardaşı...

Xəbər verdiyimiz kimi, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov saxlanılıb və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

KONKRET.az yeniçağ.az-a istinadən xəbər verir ki, Rövşən Əkbərovdan başqa da saxlanılanlar var.

Məlumata görə, general-mayor Xəqani Cəbrayılovun da saxlanılacağı deyilir. Bundan əlavə digər korpus komandirlərinin də, istintaqa cəlb ediləcəyi deyilir.

Səbəb kimi isə saxlanılan şəxslərin müharibə dövründə törətdiyi əməllər əsas göstərilir.

Bundan əlavə ikinci ordu korpusu komandiri Mais Bərxudarovun qardaşı barəsində də cinayət işi açılıb. Buna hərbiyə göndərilən yardımların yeyilməsi səbəb kimi göstərilir. Qardaşının əməlinə görə Mais Bərxudarovun da dindirildiyi deyilir.

Əldə etdiyimiz məlumata görə, 112 hərbi hissə komandiri barəsində cinayət işi açılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*