“Ruben Vardanyan Moskvaya NİYƏ GEDİB?” – “Hraparak”backend

"Ruben Vardanyan Moskvaya NİYƏ GEDİB?" - "Hraparak"

Ruben Vardanyan Moskvaya niyə gedib?

KONKRET.az xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” yazıb.

“Qarabağdan alınan etibarlı məlumata görə, təxminən 10 gün əvvəl “prezident” Arayik Arutyunyan Rusiyanın Qarabağla bağlı mövqeyini və siyasətini aydınlaşdırmaq üçün Rusiyaya gedib. O, 3-4 gün əvvəl Qarabağxa qayıdıb.

Onun ardınca “dövlət naziri” Ruben Vardanyan da Moskvaya gedib. Bu günlərdə o, hələ də Moskvadadır. Görünür, onu da Qarabağın daxili siyasi problemlərini müzakirə etmək və yaranmış vəziyyətin həllini tapmaq üçün dəvət ediblər.

Xatırladaq ki, Qarabağa yol “bağlandığından” “yerli hökumət dairələri”ndə gərginlik yaranmışdı və “dövlət naziri”nin istefası mövzusu gündəmə gəlmişdi.

Onu da xatırladaq ki, Azərbaycan tərəfi Qarabağa yolun “açılması” müqabilində Vardanyanın istefasını tələb edir. Aydındır ki, Rusiya passiv müşahidəçi statusunu öz üzərinə götürüb: o, nə yol açır, nə Azərbaycanı danlayır, nə də Qarabağın daxili siyasi həyatına qarışır. Və “blokada” atmosferi daha da ağırlaşdırdı və Qarabağda parçalanmaya səbəb oldu.

Mənbəmiz deyir ki, Araik Arutyunyanın Moskvada kifayət qədər yüksək səviyyəli görüşləri olub. İrəvanda Vladimir Putinlə görüşdən sonra Kremldə ona daha çox güvəniblər. Və demək olar ki, birbaşa deyiblər ki, əgər Vardanyan müdaxilə edirsə, onu işdən çıxarın, biz təyin etməmişik.

Arutyunyanın tərəfdarları onun Moskvadan kifayət qədər yüksək əhval-ruhiyyədə qayıtdığını bildirirlər. İndi Vardanyan Moskvada ona qarşı münasibətə aydınlıq gətirir. Ola bilsin ki, qayıdandan sonra vəziyyəti sakitləşdirmək üçün könüllü istefa versin”, – deyə qəzet bildirib.

P.S. Maraqlıdır, yol bağlıdırsa, bunlar necə gedib-gəlir? Gediş-gəliş varsa, deməli, yol açıqdır. Bəs onda niyə dünyaya yolun bağlı olduğu barədə haray salıblar?! Sual ritorikdir. Cavab hər kəsə məlumdur: xislətləri belədir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*