Ermənistan və Türkiyə arasında münasibətlərin tam normallaşması yaxın zamanda mümkün ola bilər.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri vəzifəsinə namizəd Ruben Rubinyan bildirib.
Onun sözlərinə görə, İrəvan Ankara ilə normallaşma prosesinin sürətlənməsində maraqlıdır, lakin bu proses Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması ilə müqayisədə bir qədər ləng gedir.
Rubinyan qeyd edib ki, Ermənistan–Azərbaycan istiqamətində müəyyən irəliləyişlər daha tez əldə olunub.
Onun bildirib, Azərbaycan Ermənistandan dəmir yolu tranzitinə qoyulan məhdudiyyətləri Türkiyədən əvvəl aradan qaldırıb.
O, həmçinin Ermənistanla Azərbaycan arasında, xüsusilə neft məhsulları sahəsində birbaşa ticarətin mövcud olduğunu bildirib.
Rubinyan hesab edir ki, Türkiyə də normallaşma prosesində daha fəal addımlar atmalıdır. Onun fikrincə, bunun əsas istiqamətlərindən biri Ermənistan–Türkiyə sərhədinin açılmasıdır.
Günay Əli
KONKRET.az
