Ruhani ABŞ-la danışıqların şərtini açıqladı: “Pəncərəni bağlamamışıq”backend

Ruhani ABŞ-la danışıqların şərtini açıqladı: "Pəncərəni bağlamamışıq"

“İran hələ də ABŞ-la danışıqlara hazırdır”.

KONKRET.AZ xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani yerli televiziyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sanksiyaların aradan qaldırması şərtilə İran hələ də ABŞ-la danışıqlara hazırdır:

“Əgər onlar sanksiyaları bir kənara qoyarsa, biz müzakirələr keçirməyə hazırıq və hətta bu, 5+1 formatında olan ölkələrin liderlərinin görüşü səviyyəsində keçirilə bilər. Biz sanksiyalar altındayıq. Bizə qarşı sanksiya tətbiq edənlərə qarşı dirənməkdən və müqavimət göstərməkdən başqa seçimimiz yoxdur. Lakin eyni zamanda biz danışıqlar üçün pəncərəni də bağlamamışıq.

İran xalqına deyirəm ki, Amerika sanksiyalarını ləğv etməyə hazır olduqda, dərhal “5+1″ formatında liderlərlə görüş keçirilə bilər və bizim bununla bağlı heç bir problemimiz yoxdur”, – deyə İran Prezidenti vurğulayıb.

Bir cavab yazın