Rus avtomobilləri azalır: Azərbaycan bazarında qiymətlərə necə təsir göstərəcək?backend

Rus avtomobilləri azalır: Azərbaycan bazarında qiymətlərə necə təsir göstərəcək?

Rusiya avtomobil sənayesində son aylarda müşahidə olunan azalma təkcə daxili bazara deyil, qonşu ölkələrin avtomobil ticarətinə də təsir edə bilər. Bəs bu proses Azərbaycan bazarına birbaşa və ya dolayı təsir göstərə bilərmi?

Bu barədə KONKRET.az-a nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev açıqlama verib. Onun sözlərinə görə, Rusiya istehsalı avtomobillər artıq yerli bazarda əvvəlki mövqeyini itirib:

Yasin Mustafayev: Geniş ərazilərdə volosiped və parkinq zolaqlarının  çəkilməsinə cəhd olunur

“Bu avtomobillər texniki cəhətdən özünü doğrultmadı. Nə komfort, nə təhlükəsizlik, nə də qənaət baxımından müasir tələblərə cavab verir. Sadəcə qiymət baxımından bir qədər ucuz idi, indi isə Çin istehsalı avtomobillər həm daha sərfəlidir, həm də daha komfortlu və müasirdir”.

Ekspert hesab edir ki, Rusiya avtomobil istehsalının azalması Azərbaycanın avtomobil bazarına nə birbaşa, nə də dolayı təsir göstərəcək:

“Rusiyada avtomobil istehsalının artması və ya azalmasının bizə heç bir fərqi yoxdur. Əksinə, onların keyfiyyətsiz avtomobilləri ucbatından on minlərlə insan həyatını itirib. İstehsalın dayanması belə daha yaxşı olardı”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*