Rus əsgərləri Kiyev yaxınlığında iki dinc sakini soyuqqanlılıqla güllələdilər – VİDEObackend

Rus əsgərləri Kiyev yaxınlığında iki dinc sakini soyuqqanlılıqla güllələdilər - VİDEO

CNN martın 16-da Kiyevin kənarında iki mülki şəxsin arxadan güllələndiyi videonu yayımlayıb.

KONKRET.az xəbər verir ki, video hazırda Ukrayna prokurorları tərəfindən Rusiyanın hərbi cinayətinin sübutu kimi araşdırılır.

CNN öldürülənlərin kimliyini açıqlayıb. Onlardan biri talan edilmiş avtosalonun sahibi olub, soyadı açıqlanmayıb. Digəri avtosalonda mühafizəçi işləyən 68 yaşlı Leonid Alekseyeviç Plyats olub.

Məlumatın dəqiqliyi yoxlanılır.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*