Məşhur amerikalı kinoaktyor Corc Kluninin adını daşıyan fond Avropadakı rus jurnalistlərini təqib etmək niyyətində deyil.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə “Clooney Foundation for Justice”in “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.
Kluninin sözlərinə görə, fondun əməkdaşı fikrini düzgün ifadə edə bilməyib.
“Rusiya jurnalistləri ilə bağlı son xəbərlərə gəlincə, bizim fonddan kimsə səhv edib. Mən jurnalist oğluyam. Biz Kluni Fondunda jurnalistləri heç vaxt təqib etməyəcəyik, hətta onlarla razılaşmasaq belə”, – deyə Kluni vurğulayıb.
Qeyd edək ki, bu hadisədən öncə “Docket Project”in hüquq direktoru Anna Neystat bildirib ki, Corc Kluni fondu rusiyalı jurnalistlərin Avropada həbsinə orderlərin verilməsinə çalışır.
Xatirə SADİQ,
KONKRET.az