İyunun 3-də rus ordusu Dnepropetrovsk bölgəsinə də hücum edib.
KONKRET.az xəbər verir ki, bunu Dnepropetrovsk Regional Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja Teleqram kanalında məlumat verib.
Hücum nəticəsində səkkiz nəfər yaralanıb, dağıntılar və yanğınlar baş verib.
Qeyd edək ki, bundan öncə Rusiya ordusu Ukraynanın Kramatorsk şəhərinə də hücum edib. Hücum nəticəsində ən azı 3 nəfər ölüb, 1 nəfər isə yaralanıb.\\Axar.az
