Rus səfiri Ermənistan-Türkiyə sərhədinə GETDİ – FOTOLARbackend

Rus səfiri Ermənistan-Türkiyə sərhədinə GETDİ - FOTOLAR

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bu ölkənin Azərbaycan və Türkiyə ilə həmsərhəd bölgəsinə səfər edib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya səfirliyinin “Facebook” səhifəsində məlumat paylaşılıb.

Məlumatda qeyd olub ki, diplomat və ailəsi Ararat bölgəsinə səfər edib.

Səfər zamanı səfir Kopırkin Ermənistan sərhədinin müəyyən hissələrinə də baş çəkib.

O, Yerasx kəndində Rusiya FSB-nin Ermənistandakı Sərhəd İdarəsinin Ararat sərhəd dəstəsinin rus və erməni sərhədçiləri ilə görüşüb.

Yerasx kəndi Azərbaycanın Heydərabad (Sədərək rayonu) və Türkiyə ilə sərhəddə yerləşir.

Rus səfiri Ermənistan-Türkiyə sərhədinə baş çəkib
Rus səfiri Ermənistan-Türkiyə sərhədinə baş çəkib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*