Rusiyanın özünün hipersəs raketləri var, ona görə də o, ABŞ-dan silahların heç bir sirrini oğurlamayıb.
KONKRET.az xəbər verir ki, bu sözləri Kremlin sözcüsü Dmitri Peskov deyib.
“Bizim öz raketimiz var, əla raketdir”, – Peskov bildirib.
“Bizim raketimizin cənab Trampın “super duper” ifadəsi ilə uyğun olub-olmadığını söyləmək mənim üçün çətindir, lakin bu, hələlik dünyada rəqibi olmayan yaxşı raketdir”, – Peskov əlavə edib.
Qeyd edək ki, Pentaqon rəsmiləri son üç il ərzində dəfələrlə etiraf ediblər ki, ABŞ hipersəs silahları istehsalında Rusiya və Çindən geri qalıb.
Ariz Həsənoğlu,
KONKRET.az
