Rusiyanı Talibanla razılıqda ittiham edən ABŞ kəşfiyyatı narkotrafikdə iştirak edir.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib.
“Onların təyyarələri Qəndahardan, Baqramdan heç bir yoxlamadan keçmədən istənilən yerə – Almaniyaya, Rumıniyaya uçur. Kabildəki hər əfqan sizə bunu deyə bilər”, – deyə o bildirib.
axar.az
