Rusiya Almaniyanın “Bild” nəşrinə və Nevzorovun saytına girişi dayandırdıbackend

Rusiya Almaniyanın “Bild” nəşrinə və Nevzorovun saytına girişi dayandırdı

Bazar günü, martın 27-də Roskomnadzor (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) ölkənin Baş Prokurorluğunun tələbi ilə Almaniyanın ən məşhur “Bild” nəşrinin saytının Rusiyada bloklandığını elan edib.

KONKRET.az xəbər verir ki, jurnalist Aleksandr Nevzorovun nevzorov.tv saytının da bloklandığı açıqlanıb.

Bundan əvvəl, martın 22-də Nevzorova qarşı Rusiya silahlı qüvvələrinin Ukrayna ərazisində hərəkətləri barədə yalan məlumat yaydığına görə cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*