“Rusiya artıq strateji baxımdan məğlub olub” – Britaniyanın Baş Qərargahıbackend

“Rusiya artıq strateji baxımdan məğlub olub” – Britaniyanın Baş Qərargahı

Böyük itkilər verən, Finlandiya və İsveçin qoşulmaq istədikləri NATO-nu gücləndirən Rusiya Ukrayna ilə müharibəni artıq strateji cəhətdən uduzub.

KONKRET.az xəbər verir ki, bu fikirləri Britaniyanın Baş Qərargahının rəisi Toni Radakin səsləndirib.

“Bu, Rusiyanın böyük səhvidir, heç vaxt Ukraynaya nəzarət edə bilməyəcək”. “BBC Rus Xidməti” yüksək rütbəli zabitin dediklərindən sitat gətirib.

Radakinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin yaxın həftələrdə taktiki uğur qazana bilər, lakin bunun üçün o, artıq ordusunun gücünün təxminən 25%-dən istifadə edib.

Radakin əlavə edib ki, bu faizlə Putin 50.000 ölü və ya yaralı qəbul edib və yalnız kiçik bir ərazini ələ keçirib.

Britaniya Müdafiə Qərargahının rəhbəri bir daha əmin edib ki, Böyük Britaniya uzunmüddətli perspektivdə Kiyevi çoxlu sayda silah-sursatla dəstəkləyəcək.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*