Rusiya Nəqliyyat Nazirliyinin rəhbəri Vitali Savelyev bildirib ki, bu günə qədər 77 Rusiya təyyarəsi xaricdə saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb.
“Bu gün sizə demək istəyirəm ki, saxlanılan 77 təyyarəmiz var. Biz yalnız bir təyyarəni geri qaytara bildik. Hazırda hər təyyarə üçün mübarizə aparırıq”.- Agentlik onun sözlərindən sitat gətirib.
Nazir qeyd edib ki, icarəyə verənlərin qərarı ilə təyyarənin bir hissəsi saxlanılıb, bəzi təyyarələr isə Avropa səmasının bağlanması səbəbindən havaya qalxa bilməyib.
Roman Göytürk,
KONKRET.az
