Rusiyadan Baltikyanı ölkələrə xəbərdarlıq: “Biz sizi “işğal etməyəcəyik”backend

Rusiyadan Baltikyanı ölkələrə xəbərdarlıq: “Biz sizi “işğal etməyəcəyik"

“Avropanı qarşıda gözləyən enerji və ərzaq problemləri fonunda bütün varlığı AB subsidiyalarına əsaslanan “Baltik yuvaları”nın gələcəyi böyük sual altında qalacaq. AB özünün böyük problemlərinin mövcudluğuna görə bundan imtina edərsə, yaxud büdcəni kəskin şəkildə azaldarsa, bu zaman onları kim dəstəkləməyə davam edəcək. Avropa alternativ qaz və neft tapsa belə, onların qiymətləri Baltikyanı ölkələrin gücü çatmayacaq “kosmik” olacaq”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri rusiyalı tanınmış iqtisadçı alim Mixail Xazin səsləndirib:

“Bir-iki ildən sonra Baltikyanı ölkələr bizə müraciət etməyə başlayacaqlar. İlk mərhələdə mənliklərini qoruyub saxlamağa çalışacaqlar, sonra qışqıracaqlar. Biz isə onlara “bizi işğalda ittiham etmisiniz” cavabını verəcəyik” – deyə Xazin vurğulayıb.

“Qərb heç vaxt heç kəsi yedizdirməyib. Baltikyanı ölkələrlə də bu cür olacaq. Onlar rusofobiya sahəsində istifadə ediləcəklər, sonra isə heç kimə lazım olmayacaqlar. Ancaq indi də Avropanın onlara xüsusi ehtiyacı yoxdur, bəlkə də ABŞ istisnadır. Ancaq bu, hələlik belədir” – Xazin fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*