“Avrasiya İnkişaf Bankı Ermənistan iqtisadiyyatının ən böyük kredit verənlərindən biri olmaq niyyətindədir
Bank 2022-2026-cı illər üçün inkişaf strategiyasına uyğun olaraq, Ermənistanın investisiya portfelindəki payını 15%-ə çatdırmaq istəyir.
KONKRET.az xəbər verir ki, bu barədə erməni nəşrləri məlumat yayıb.
Bu ölkənin ekspertləri belə hesab edir ki, Rusiyanın himayəsi altında olan Avrasiya İnkişaf Bankı böyük kreditlər ayırmaqla əslində Ermənistanı daha da geridönməz şəkildə özündən asılı vəziyyətə salacaq və hələ də nəzarətində olmayan bazarları ələ keçirəcək.
Natiq Səlim,
KONKRET.az
