Türkiyənin Rusiyaya kərə yağı ixracına başladığı açıqlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinə bağlı Rusiya Federal Baytarlıq və Bitki Sağlamlığına Nəzarət Xidməti (Rosselxoznadzor) məlumat yayıb.
“Rosselxoznadzor”dan verilən açıqlamada “Türkiyədən Rusiyaya kərə yağının daşınmasına 27 oktyabr 2024-cü il tarixindən başlanılıb” deyilir.
Açıqlamada Türkiyədən 20 ton kərə yağı gətirildiyi də bildirilib.
Rusiya Kənd Təsərrüfatı Nazirliyi xaricdən kərə yağının tədarükünü artırmaq üçün tədbirlər görür. /milliaz