“Rusiya buradakı vəziyyəti birtərəfli göstərir” – Qazaxıstanda terrorçu kimi saxlanılan rus milyarderbackend

"Rusiya buradakı vəziyyəti birtərəfli göstərir" - Qazaxıstanda terrorçu kimi saxlanılan rus milyarder

Rusiyalı milyarder, “Texnonikol” şirkətinin sahibi İqor Rıbakov yanvarın 3-də Yeni il tətilini Qazaxıstanda keçirərkən, ölkədə ilişib qalıb.

KONKRET.az bildirir ki, bu barədə “Znak.com” sahibkarın mətbuat xidmətinə istinadən məlumat yayıb.

İndi iş adamının praktiki olaraq dünya ilə əlaqəsi yoxdur. Buna baxmayaraq, o, Rusiyadakı həmkarları ilə əlaqə saxlaya bilib və onu həbs etmək cəhdi barədə danışıb.

“Dünən nəzarət-buraxılış məntəqəsində az qala böyük problemlə üzləşdim. Məni terrorçu hesab edirdilər. Həqiqətən belə görünürəm? Video da var. Ancaq indiyə qədər onu paylaşa bilmirəm – İnternet yoxdur”, – Rıbakov qeyd edib.

 

O, ölkəyə istirahət və işgüzar tədbirlərdə iştirak etmək üçün gəldiyini və yanvarın 10-da qayıtmağı planlaşdırdığını, lakin hava limanlarının bağlanması ilə əlaqədar Almatıda qaldığını izah edib. İndi o, şəhəri tərk edərək “təhlükəsiz yerdən” Rusiyaya uçmağı planlaşdırır.

“Ölkədə gördüyüm hər şey mediada göstərilənlərdən, Rusiyadan görünənlərdən bir qədər fərqlidir. Vəziyyət çox birtərəfli göstərilir və mən daxildən çoxlu başqa şeylər görürəm. Mən materiallar toplayıram və çıxanda video paylaşacam”, – milyarder söz verib./virtualaz/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*