Rusiya Çerniqova raket atdı – YENİLƏNİB-3backend

Rusiya Çerniqova raket atdı - YENİLƏNİB-3

Ukraynanın Çerniqov vilayətinə raket hücumu nəticəsində yaralananların sayı 129-a çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Çerniqov hərbi administrasiyasının rəhbəri Vyaçeslav Çaus deyib.

128 nəfər tibbi yardım üçün müraciət edib. Hazırda 46 nəfər xəstəxanalardadır.

Qeyd edək ki, hadisə nəticəsində 7 nəfər ölüb. 60-dan çox ev dağıntılar nəticəsində zədələnib.

Avqustun 19-21-də şəhərdə matəm elan edilib.

16:52

Ukraynanın Çerniqov vilayətinə raket hücumu nəticəsində yaralananların sayı 117-yə çatıb.

KONKRET.az  xəbər verir ki, bu barədə “RBK Ukraina” məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı ümumilikdə 7 nəfər ölüb, 117 nəfər yaralanıb.

15.46

Ukraynanın Çerniqov vilayətinə ballistik raketlərlə hücum nəticəsində ölənlərin sayı 7-ə çatıb.

KONKRET.az  xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko bildirib.

O qeyd edib ki, hadisə zamanı ümumilikdə 90 nəfər yaralanıb. Onlardan 10-u polis, 12-si isə uşaqdır.

 

14.25

Ukraynanın Çerniqov vilayətinə ballistik raketlərlə hücum olub.

KONKRET.az  xəbər verir ki, bu barədə hərbi vilayət administrasiyasından bildirilib.

Qeyd olunub ki, hadisə nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.

Qərb bölgələri istisna olmaqla ölkənin bütün ərazisində hava həyəcanı elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*