Rusiya Elmlər Akademiyası bu səlahiyyətini geri qaytarmaq istəyirbackend

Rusiya Elmlər Akademiyası bu səlahiyyətini geri qaytarmaq istəyir

Rusiya Elmlər Akademiyası (REA) məktəb dərsliklərinin ekspertizasını həyata keçirmək səlahiyyətini geri qaytaracaq.

KONKRET.az xəbər verir ki, bu barədə REA prezidenti Gennadi Krasnikov “RBC” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bir çox dərsliklərdə təkcə tarix fənnindən deyil, həm də texniki ixtisaslarda dəyişən məqamlar var. O, qeyd edib ki, qanun REA-nın üzərinə ekspert funksiyasını qoyur. “Madam ki, biz elmin bütün sahələrini cəmləşdiririk, o zaman, təbii ki, dərsliklərin məzmununu, onun bu və digər fənn üzrə elmin müasir anlayışı ilə necə əlaqədar olunduğunu görmək istərdim”, – deyə REA prezidenti vurğulayıb.

Krasnikov əmindir ki, bir fənni mənimsəmək üçün şagirdin hansı müvafiq bilikləri almalı olduğunu başa düşmək vacibdir: “Biz gənc nəslin bu və ya digər mövzunu bu həcmdə mənimsəməyə qadir olduğunu bilmək üçün onun psixikasına, yaş xüsusiyyətlərinə hərtərəfli nəzər salmağa hazırıq. Bu məsələyə hərtərəfli yanaşa biləcək başqa təşkilat tanımıram, çünki bizdə elmin bütün istiqamətləri – tibb, biologiya, psixologiya var”.

Krasnikov qeyd edib ki, əksəriyyət qorxur və bunu Elmlər Akademiyasının tələbələrə nəşr üçün lisenziya verməyə hazırlaşması kimi təqdim edir. “Bizim təkliflərimiz arasında belə şey yoxdur”, – deyə o, əmin edib.

Onun sözlərinə görə, akademiya ekspertiza keçirməyə hazırdır və təsisçinin bu və ya digər dərsliyin nəşri ilə bağlı qərar vermək hüququ var. Rusiya Elmlər Akademiyası müvafiq sənədlər çıxandan sonra dərsliklərin ekspertizasına başlaya biləcək.

Qeyd edək ki, dərslikləri yoxlamaq səlahiyyətinin Rusiya Elmlər Akademiyasının qaytarılmasının tərəfdarı Federasiya Şurasının sədri Valentina Matvienko olub. 2022-ci ilin sentyabrında “Təhsil haqqında” qanuna dəyişiklik edilərkən, dərsliklərin hazırlanması və müəllif qruplarının təsdiqi üçün dövlət sifarişi Təhsil Nazirliyinə verilib.

2023-cü ildə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski, Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov və REA Ümumi Tarix İnstitutunun elmi rəhbəri Aleksandr Çubaryan  tərəfindən yazılmış dörd kitabdan ibarət orta məktəb şagirdləri üçün tarix dərsliyi ekspertlər və repressiyaya məruz qalan xalqların nümayəndələri tərəfindən sərt tənqid edilib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*