Rusiya Ermənistandakı səfirinə TÖHMƏT VERDİbackend

Rusiya Ermənistandakı səfirinə TÖHMƏT VERDİ

Rusiya Xarici İşlər Nazirliyi Ermənistandakı səfir Kopırkinə töhmət verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Past” qəzeti diplomatik mənbəyə istinadən məlumat yayıb. Qəzet  yazır ki, Moskva Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinin işindən narazıdır.

Mənbənin sözlərinə görə, ötən gün Kopırkini Moskvaya çağırıblar və orada onunla kifayət qədər sərt söhbət ediblər.

Səfir Rusiyanın Ermənistanda yürütdüyü real siyasi xətti həyata keçirə bilməməkdə, ona tapşırılan konkret tapşırıqların faktiki olaraq  yerinə yetirilməməsində və  nəticədə anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsində ittiham olunub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*