Rusiya “Exo Moskvı” və “Dojd”u müharibəyə görə BAĞLADIbackend

Rusiya “Exo Moskvı” və “Dojd”u müharibəyə görə BAĞLADI

Rusiya Baş Prokurorluğunun tələbi ilə “Exo Moskvı” radiosu və “Dojd” telekanalı bağlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Exo Moskvı”nın baş redaktoru Aleksey Venediktov məlumat yayıb.

Hüquq-mühafizə orqanları hər iki şirkətin saytlarının “ekstremist fəaliyyətə çağırışlar olan materiallara” görə dayandırılmasını tələb ediblər. Artıq hər iki resurs Rusiya Federasiyasının ərazisində fəaliyyətini dayandırıb.

Xüsusilə “Exo Moskvı”nın baş redaktoru Aleksey Venediktov radiostansiyanın efirdən çıxarıldığını bildirib. “Dojd” yutubda yayımının davam etdiyini açıqlayıb.

Bundan əvvəl hər iki resurs Ukraynadakı müharibə zamanı “Rusiya hərbçilərinin hərəkətləri haqqında bilərəkdən yalan xəbərlər” yaymaqda ittiham olunurdu. Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*