Rusiya hərbi gəmisi Danimarkanın ərazi sularını pozdubackend

Rusiya hərbi gəmisi Danimarkanın ərazi sularını pozdu

Rusiyaya məxsus hərbi gəmi Danimarkanın ərazi sularını iki dəfə pozub.

KONKRET.az xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyi açıqlama verib.

Danimarkanın xarici işlər naziri Eppe Kofodun sözlərinə görə, bu, cümə günü axşam iki dəfə baş verib.

“Dünən gecə Rusiya hərbi gəmisi Danimarkanın ərazi sularını iki dəfə pozdu. Son dərəcə məsuliyyətsiz, kobud və tamamilə qəbuledilməz Rusiya təxribatıdır”, – deyə Kofod “Twitter” hesabında bildirib.

Hadisə ilə bağlı Rusiya səfiri Danimarka Xarici İşlər Nazirliyinə çağrılıb.

Ölkənin silahlı qüvvələri bununla bağlı press-relizdə Rusiya korvetinin Bornholm adası yaxınlığında Danimarkanın ərazi sularını pozduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*