“Rusiya işğala əslində bu tarixdən başlayıb” – Dövlət Bağçalıbackend

"Rusiya işğala əslində bu tarixdən başlayıb" - Dövlət Bağçalı

Rusiya Federasiyasının Ukraynaya qarşı başlatdığı hərbi əməliyyat beynəlxalq hüquqa və Minsk prosesinə tamamilə ziddir.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı deyib.

“Rusiya işğal planını 2014-cü ildən addım-addım həyata keçirir. Rusiya tərəf kimi imzaladığı müqavilələri pozub. Putinin qanlı işğala haqq qazandırmaq cəhdi ziddiyyət təşkil edir.

Birləşmiş Millətlər Təşkilatı qanunsuz və qeyri-qanuni hərbi əməliyyatlar qarşısında cılız və zəif qınama mesajları verməkdən başqa heç nə etməyib”, – Bağçalı bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*