“Rusiya istənilən ölkəni, o cümlədən ABŞ-ı məhv edə bilər” – Patruşevbackend

"Rusiya istənilən ölkəni, o cümlədən ABŞ-ı məhv edə bilər" - Patruşev

“Rusiya istənilən ölkəni, o cümlədən ABŞ-ı məhv edə bilər”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

O bildirib ki, Rusiya istənilən düşməni, o cümlədən ABŞ-ı məhv edə biləcək müasir unikal silahlara malikdir.

“Rusiya səbirlidir və hərbi üstünlüyü ilə heç kəsi qorxutmur. Lakin onun mövcudluğuna təhlükə yaranarsa, istənilən düşməni, o cümlədən ABŞ-ı məhv etməyə qadir olan müasir unikal silahları var”, – deyə Patruşev bildirib.

O, amerikalı siyasətçilərin Rusiyanın ABŞ-ın qabaqlayıcı nüvə zərbəsinə cavab verə bilməyəcəyi ilə bağlı fikirlərini “təhlükəli axmaqlıq” adlandırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*