“Rusiya kənd təsərrüfatı məhsullarını yalnız dost ölkələrə ixrac edəcək” – Dmitri Patruşevbackend

"Rusiya kənd təsərrüfatı məhsullarını yalnız dost ölkələrə ixrac edəcək" - Dmitri Patruşev

“Bizim kənd təsərrüfatı məhsullarımız xarici bazarlarda olacaq, ancaq bizə dost olan, bizə maneə və çətinlik yaratmayan ölkələrdə olacaq”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edərkən bildirib.

Nazir bir sıra çətinlikləri, o cümlədən tədarük zəncirinin pozulmasını və maliyyə hesablamaları ilə bağlı problemləri də qeyd edib.

Patruşev bildirib ki, Rusiya ən çox ehtiyacı olan ölkələri ərzaqla təmin etmək üçün bu maneələri aşmalıdır.

Xatırladaq ki, Vladimir Putin Rusiyanın bu il rekord buğda məhsulu gözlədiyini bildirib.

Bəzi ölkələrin aclıq təhlükəsi ilə üz-üzə qaldığını xatırladan Rusiya lideri bu vəziyyətin günahının tamamilə “Qərb elitaları”nda olduğunu iddia edib.

Qeyd edək ki, koronavirus pandemiyasından təsirlənən qlobal ərzaq bazarına Rusiya-Ukrayna münaqişəsi və Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalar növbəti zərbəni vurub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*