Rusiya Azov dənizini Qara dənizlə birləşdirən Kerç boğazını Ro-Ro və Ro-Rax gəmiləri üçün bağlayıb. .
KONKRET.az xəbər verir ki, “Rusiya gəmiçilik şirkətlərindən və yükdaşıyıcılarından alınan məlumata görə, Kerç boğazı Ro-Ro və Ro-Rax gəmiləri üçün bağlıdır.
“Bununla əlaqədar Türkiyənin Karasu və Samsun limanlarından Kerç boğazı vasitəsilə Rusiya limanlarına üzən gəmilərin səfərləri dayandırılıb. Türkiyə ilə Rusiya arasında quru nəqliyyatı ilə beynəlxalq yükdaşımaların davam etdirilməsi Gürcüstan-Rusiya və Azərbaycan-Rusiya sərhədləri vasitəsilə mümkündür” – deyə assosiasiyanın nümayəndəsi bildirib.
Eyni zamanda Beynəlxalq Daşıyıcılar Assosiasiyası bildirir ki, hazırda Gürcüstan ərazisində və Gürcüstan-Rusiya sərhədində (“Yuxarı Lars” keçid məntəqəsi) minlərlə yük avtomobilindən ibarət növbələr gözlənilir. Həmçinin Azərbaycan-Rusiya sərhədində 3500-dən çox yük maşını növbəyə yığılıb.
“Yuxarıda göstərilən səbəblərə görə Rusiya ərazisinə giriş üçün gözləmə müddəti 8-10 gün artacaq”, – assosiasiyanın nümayəndəsi xəbərdarlıq edib.

Günel Mikayılova,
KONKRET.az
