“Rusiya Luqanskın 80 %-ni ələ keçirib”backend

“Rusiya Luqanskın 80 %-ni ələ keçirib”

“Bölgə ərazisinin 80 %-i Rusiyanın nəzarəti altındadır”.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, bu barədə Luqansk Hərbi Adminstrasiyasının başçısı Sergey Qayday deyib.

“Rusiya, sözsüz ki, bununla da dayanmayacaq və irəliləməyə davam edəcək. Rusiya qoşunları ciddi şəkildə dağınıq vəziyyətdədir”, – S.Qayday vurğulayıb.

Onun sözlərinə görə, Luqansk vilayətinin bütün ərazisi atəşə tutulur:

“Təhlükəsiz şəhər yoxdur… Biz başa düşürük ki, Rusiya irəliləyir və yolunda olan hər şeyi məhv etməyə hazırlaşır. Ona görə də mümkün qədər hamını təxliyə etməyə çalışırıq”.

S.Qayday döyüşlərin şiddətləndiyi bir vaxtda dinc sakinləri Ukraynanın şərqini tərk etməyə çağırıb. O əlavə edib ki, bölgədə müharibədən əvvəl yaşamış 350 min nəfərdən bu gün 70 minə yaxını qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*