Rusiya məşhur təşkilatı arzuolunmaz elan etdibackend

Rusiya məşhur təşkilatı arzuolunmaz elan etdi

Rusiya Baş Prokurorluğu Ümumdünya Vəhşi Təbiət Fondunu (WWF) arzuolunmaz təşkilat elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Təşkilat iqtisadi sahədə təhlükəsizliyə təhdid yaradan layihələr həyata keçirməkdə ittiham olunur.

Bundan əvvəl “xarici agent” elan edilən Dünya Vəhşi Təbiət Fondu Rusiyada 1988-ci ildən fəaliyyət göstərir, fondun Rusiya nümayəndəliyi 1994-cü ildə açılıb.

Qeyd edək ki, Rusiya ötən ay “Greenpeace” beynəlxalq ətraf mühit təşkilatını arzuolunmazlar siyahısına daxil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*