Rusiya milli komandasının sabiq futbolçusu Aleksey Buqayev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək 9,5 il müddətinə azadlıqdan məhrum edilib.
KONKRET.az xəbər verir ki, 43 yaşlı veteran futbolçu cəzasını ciddi rejimli koloniyada çəkəcək.
Qeyd edək ki, A.Buqayev karyerası ərzində “Torpedo”, “Tom”, “Lokomotiv” və “Krasnodar” klublarında çıxış edib. O, Rusiya millisində 7 oyun keçirib.(report)