Rusiya aviasiyası gün ərzində Ukrayna qoşunlarının 41 hərbi obyektini vurub.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov hərbi əməliyyatlarla bağlı son məlumatları açıqlayıb.
İ.Konaşenkov xüsusi hərbi əməliyyat başlayandan ümumilikdə Ukraynanın 123 təyyarə və 74 helikopter, 309 pilotsuz uçuş aparatı, 1721 tank və digər zirehli döyüş texnikası, 172 reakiv yaylım atəş sistemi, 721 səhra artilleriya qurğusu və minaatan, həmçinin 1568 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edildiyini bildirib.
