Moldova Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri L.Dariy Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
KONKRET.az xəbər verir ki, Moldova səfirinə səfirliyinin əməkdaşının “persona non qrata” (arzuolunmaz şəxs) elan olduğunu bildirən nota təqdim edilib.
Qeyd olunub ki, bu noyabrın 1-də Moldova tərəfinin Rusiyanın Moldovadakı səfirliyinin əməkdaşının “persona non-qrata” elan edilməsi ilə bağlı əsassız qərarına verilmiş cavabdır.
