“Rusiya neytrallığı qorumaqla hər iki ölkəni öz təsir dairəsində saxlaya bilməyəcək” – Erməni politoloqlarıbackend

“Rusiya neytrallığı qorumaqla hər iki ölkəni öz təsir dairəsində saxlaya bilməyəcək” – Erməni politoloqları

“Üçüncü gündür ki, Gorus və Qafan arasındakı dövlətlərarası yolun hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə absurd bir bəhanə ilə bağlanılıb. Bu, Ermənistanın cənub bölgəsinin blokadaya alınması və İranla iqtisadi qarşılıqlı əlaqənin dağılması deməkdir. Amma bu eyni zamanda üçtərəfli bəyanatların və razılaşmaların bölgədəki nəqliyyat əlaqələrinin açılmaması deməkdir”.

KONKRET.az xəbər verir ki, bu fikirlər “Erməni praqmatikləri” klubunun politoloqlarının birgə hazırladığı şərhdə vurğulanıb.

Yazıda deyilir ki, Ermənistanda bəzi təxribatçı qüvvələr problemin güc yolu ilə həllinə çağırırlar. “Deyək ki, Azərbaycan sərhədçilərinin geri çəkilməsi üçün ağır texnikanı həmin bölgəyə yönləndirmək kifayətdir. Amma nədənsə düşmənin cavab tədbirləri ehtimalına və bununla da ciddi qarşıdurmanın gözlənilməz toqquşmaya çevriləcəyinə açıq-aşkar məhəl qoyulmur”.

Məqalədə vurğulanır ki, “Əgər Ermənistanın məqsədi dövlətlərarası yolu açmaqdırsa, çətin ki, toqquşmalar İranla ünsiyyətin açılmasını asanlaşdırsın. Üç tərəfli danışıqların yerində nəticəsiz qalması və rus vasitəçilərin öz missiyalarının öhdəsindən yaxşı gəlmədiyi şəraitdə başqa həll yollarına ehtiyac var”.

Şərhdə bildirilir ki, “Rusiya iki Cənubi Qafqaz ölkəsi arasında uzun müddətdir davam edən mübahisədə ədalətli hakim, vasitəçi və barışdırıcı rolunu öz üzərinə götürüb. Lakin 2020-ci ilin noyabrından sonra baş verən hadisələr bu formatın təsirsiz olduğunu göstərir. Moskva üçün qərarların yuxarıda verilməsi və məcburi göstərişlər olaraq İrəvana və Bakıya ünvanlanması daha tanış və daha rahat olardı. Lakin Sovet dövrü arxada qalıb. Buna görə də yalnız qismən müstəqil olmayan, həm də kənar oyunçuların güclü təsiri altında olan iki əks qüvvəni balanslaşdırmaq lazımdır.

Uzun müddət neytrallığı qorumaq və hər iki ölkəni öz təsir dairəsində saxlamağa çalışmaq nəticə verməyəcək. Hazırkı böhran bunun bir daha təsdiqidir. Təcili olaraq Süniki çıxılmaz vəziyyətindən çıxmalıyıq.

Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciəti həm sərhəddəki problemləri həll edə bilər, həm də nə qədər paradoksal olsa da, Rusiyanı qeyri-mümkün öhdəliklərin boyunduruğundan azad edə bilər”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*