Rusiya ordusu Donetski atəşə tutdu – Ölən və yaralananlar varbackend

Rusiya ordusu Donetski atəşə tutdu - Ölən və yaralananlar var

Rusiya ordusu ötən sutka ərzində Donetsk vilayətində bir neçə yaşayış məntəqəsini atəşə tutub.

KONKRET.az bu barədə “RBC-Ukraina”ya istinadən xəbər verir.

Hücum nəticəsində 2 mülki şəxs həlak olub, 9 nəfər yaralanıb. Belə ki, bir mülki vətəndaş Kleşçievkada, digəri isə Torskoyda həlak olub.

Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları həlak olmuş 4 mülki şəxsin meyitini tapıblar.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Donbasda əsas qaynar nöqtələrin Soledar və Baxmut olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*