Rusiyalı general öldürüldübackend

Rusiyalı general öldürüldü

Rusiya ordusunun generalı Suriyada həlak olub.

KONKRET.az-ın Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Suriyada avtomobil karvanının partladılması nəticəsində Rusiya ordusunun general-mayoru ölüb.

Rusiya MN-nin partlayış zamanı daha iki rus hərbçisinin yaralandığını açıqlayıb.

Hadisə Deyr-ez-Zor yaxınlığında humanitar aksiyadan geri qayıdan zaman baş verib. Əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində partlayış olub.

Adı hələlik açıqlanmayan Rusiya Silahlı Qüvvələrinin general-mayoru hadisə yerindən təcili təxliyə olunub və ona tibbi yardım göstərilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*