Rusiya ordusunun polkovniki paltaryuyan maşını rüşvət alarkən HƏBS EDİLDİbackend

Rusiya ordusunun polkovniki paltaryuyan maşını rüşvət alarkən HƏBS EDİLDİ

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının polkovniki paltaryuyan maşını rüşvət alarkən həbs edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Polkovnik İvan Mertvişev noyabr ayından başlayan çağırışçıların hərbi xidmətə qəbulu ilə əlaqədar Moskvanın qərbindəki hərbi komissarlığı yoxlamaq qərarına gəlib. O, hərbi komissarın indiki məqamda çağırışçıların xidmətə qəbulu ilə bağlı vəziyyətin pis olduğunu bildirərək, sənədləşmə normal vəziyyətdə olsa belə, nöqsan tapacağını vəd edib.

Vəziyyətin hərbi komissarın karyerasına təsir etməməsi üçün Mertvişev ən azı 70 min rubl dəyərində paltaryuyan maşın tələb edib. Hərbi komissar hədə-qorxu ilə tələb olunma ilə bağlı açıqlama verib.

Polkovnik paltaryuyan maşını təhvil alarkən saxlanılıb. O, təqsirini boynuna alıb və iki ay müddətinə ev dustaqlığına buraxılıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*