“Rusiya özünə uyğun dünya nizamı üçün…” – Medvedevdən SƏRT MÖVQEbackend

"Rusiya özünə uyğun dünya nizamı üçün..." - Medvedevdən SƏRT MÖVQE

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bir gün əvvəl yaradılan Telegram kanalında Qərbin Rusiyaya qarşı təzyiqləri ilə bağlı fikirlərini bölüşüb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, D.Medvedev Rusiyanın ona uyğun olan dünya nizamı uğrunda mübarizəni davam etdirəcəyini bildirib:

“Qərbin qızışmış rusofobiyası, görünür, heç vaxt sona çatmayacaq. NATO-nun sərhədlərimizə qədər genişlənməsi, ölkəmizə qarşı bütün cəbhələrdə başlayan iqtisadi və informasiya müharibəsi, sonsuz təhdid və hədə-qorxu, xaricdə vətəndaşlarımıza qarşı şiddətli təqiblər beynəlxalq vəziyyətin bu dərəcədə kəskinləşməsinin səbəbləridir”.

Medvedev qeyd edib ki, Qərb ölkələrinin son illərdə Rusiyaya qarşı mövqeyi cinayət və əxlaqsızlıqdır:

“Son illərdə bizim Qərb ölkələri ilə səmimi münasibətlərə can atmağımıza baxmayaraq, onların Rusiyaya qarşı davranış xətti iyrənc, cinayətkar və əxlaqsızdır. Ölkələr XX əsrdə faşizmi birlikdə məğlub edib, təhlükəsizlik və əməkdaşlıq üçün universal qaydalar barədə razılığa gəliblər. Ancaq Qərbin ikili standartları artıq heç kimi təəccübləndirmir. Onlar Donbasda dinc əhalinin məhv edilməsinə göz yuma bilirlər”.

Medvedev xüsusi vurğulayıb ki, Qərbin Rusiyanı “yenidən tərbiyə etmək”, onu itaətkar etmək və ya hissələrə bölmək planları reallaşmayacaq:

“Bu işləməyəcək. Rusiyanın bütün narazı düşmənlərini yerində oturtmaq üçün kifayət qədər gücü var. Biz Rusiya Federasiyasına və vətəndaşlarımıza yaraşan dünya düzəni uğrunda mübarizəmizi davam etdirəcəyik. Orada nasistlərə, tarixi yalanlara və soyqırıma yer yoxdur. Mənəvi güc və tarixi həqiqət əvvəlki kimi bizim tərəfimizdədir!”

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*