Rusiya Qarabağa çağırışçılarını GÖNDƏRƏCƏKbackend

Rusiya Qarabağa çağırışçılarını GÖNDƏRƏCƏK

Rusiya Qarabağa çağırışçılarını göndərməyə hazırlaşır.

KONKRET.az xəbər verir ki, Rusiya Dövlət Duması yaz sessiyası zamanı çağırışçıların sülhməramlı qüvvələrdə xidmət etməsinə icazə verən qanun qəbul etməyə hazırlaşır.

Müvafiq qanun layihəsi parlamentə Müdafiə Nazirliyi tərəfindən təqdim edilib. Layihəyə əsasən, çağırışçılar Rusiyanın sülhməramlı kontingentində yalnız könüllülük əsasında xidmət edə bilərlər. Hazırda bu hüquqa yalnız podratçılar malikdir.

Qanunun qəbulundan sonra Rusiya Dnestryanı və Qarabağda yerləşən sülhməramlı qüvvələrinin sıralarına çağırışçı əsgərləri cəlb edə biləcək. Qanunun qəbuluna konkret hansı halların səbəb olduğu göstərilməyib.

Bununla belə, bəzi ekspertlər Rusiya Müdafiə Nazirliyinin çox güman ki, yaz hücumu ərəfəsində Ukraynadakı müharibəyə Dnestryanı və Qarabağ da daxil olmaqla əlavə qoşunlar yerləşdirməyə hazırlaşır.

Rusiya Qarabağa çağırışçıların göndərilməsinə yol açan qanun layihəsini qəbul etməyə hazırlaşarkən, həm də BMT sülhməramlılarının bölgəyə göndərilməsinin mümkünsüz olduğunu bildirir.

Qeyd edək ki, beynəlxalq sülhməramlıların bölgəyə göndərilməsi ideyasını Ermənistan rəhbərliyi irəli sürüb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*