“Rusiya qoşunlarını Ukrayna, Gürcüstan və Moldovadan çıxarmalıdır” – Stoltenberqbackend

"Rusiya qoşunlarını Ukrayna, Gürcüstan və Moldovadan çıxarmalıdır" - Stoltenberq

“Rusiya qoşunlarını Ukrayna, Gürcüstan və Moldovadan çıxarmalıdır”.

KONKRET.az xəbər verir ki, bunu mətbuat konfransında NATO Baş katibi Stoltenberq deyib. O bildirib ki, Rusiya Ukrayna, Gürcüstan və Moldovadan qoşunlarını çıxarmalıdır, həmçinin Moskva və Brüsseldə insidentlərin qarşısını almaq və missiyaları bərpa etmək üçün birbaşa rabitə xətti qurmağı və hərbi təmaslardan maksimum yararlanmağı təklif edib.

NATO müdafiə ittifaqıdır və qarşıdurma axtarmayacaq. Rusiya tərksilah, raketlərin yerləşdirilməsi, silahlara nəzarət məsələlərini müzakirə etməyə dəvət olunur.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, NATO-nun təhlükəsizliklə bağlı cavabı Rusiyanın Brüsseldəki səfirinə verilib.

Stoltenberq bildirib ki, NATO-nun Rusiyaya verdiyi təkliflər alyansın 30 üzvü tərəfindən dəstəklənib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*