Rusiya Rumıniya və Bolqarıstan diplomatlarını “persona non qrata” ELAN ETDİbackend

Rusiya Rumıniya və Bolqarıstan diplomatlarını “persona non qrata” ELAN ETDİ

Rusiya Xarici İşlər Nazirliyi 10 rumıniyalı diplomatın ölkədən çıxarıldığını açıqlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, nazirlik Rumıniyanın səfiri Kristian İstrateni çağıraraq ona ölkəsinin Moskvadakı diplomatik missiyasının 10 əməkdaşının “persona non qrata” elan edilməsi barədə nota verib.

Nazirlik bunun Rumıniyanın 2022-ci il aprelin 5-də atdığı addıma cavab olduğunu bəyan edib.  Eyni zamanda on rus diplomatının Rumıniyadan çıxarılmasına heç bir əsas olmadığını açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyi həmçinin Bolqarıstan səfirinə də, bu ölkənin Moskvadakı səfirliyinin əməkdaşının “persona-non-qrata” elan olunduğu haqda nota təqdim edib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*