Rusiya səfiri Almaniya XİN-ə çağırıldıbackend

Rusiya səfiri Almaniya XİN-ə çağırıldı

Almaniya Xarici İşlər Nazirliyi XİN Rusiyanın Berlindəki fövqəladə və səlahiyyətli səfiri Sergey Neçayevi nazirliyə çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Almaniya XİN-in rəsmi “X” sosial şəbəkə hesabında məlumat yayılıb.

Rəsmi Berlinin bu kəskin addımı Moskvanın digər ölkələrə öz diplomatlarını Kiyevdən təcili çıxarmaq barədə etdiyi çağırışdan dərhal sonra atılıb.

Almaniya tərəfi Ukraynaya olan qətiyyətli dəstəyini bir daha nümayiş etdirib. Nazirliyin bəyanatında rəsmi Moskvaya sərt ismarış göndərilib:

“Almaniyanı hədə-qorxu ilə qorxutmaq mümkün olmayacaq. Ukraynanı qətiyyətlə dəstəkləməyə davam edəcəyik”.

Xatırladaq ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ötən gün ABŞ Dövlət katibi Marko Rubio ilə keçirdiyi telefon danışığı zamanı Kiyevdəki səfirliklərin və digər diplomatik nümayəndəliklərin təhlükəsizliyi mövzusuna toxunmuşdu. Lavrov amerikalı həmkarının diqqətini Rusiya XİN-in mayın 25-də yaydığı və Kiyevdəki xarici diplomatların təxliyə edilməsini “tövsiyə edən” xəbərdarlıq bəyanatına cəlb etmişdi./Qafqazinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*