Rusiya səfiri Finlandiya XİN-ə ÇAĞIRILDIbackend

Rusiya səfiri Finlandiya XİN-ə ÇAĞIRILDI

Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov bu gün ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

KONKRET.azKommersant”a istinadən xəbər verir ki, diplomata Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilən “referendum”larla bağlı Finlandiya hökumətinin etirazı çatdırılıb.

“Finlandiya XİN BMT Nizamnaməsini kobud şəkildə pozan saxta referendumları və Ukraynanın işğal olunmuş rayonlarının qanunsuz ilhaqını ən sərt şəkildə pislədiyini bildirmək üçün bu gün Rusiya səfirini çağırıb”, – Xarici İşlər Nazirliyi “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, Rusiya səfirləri Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, İtaliya, Hollandiya, Polşa və İsveçin Xarici İşlər nazirliklərinə çağırılıb. Bütün Qərb ölkələri referendumları qeyri-legitim hesab edib.

Sentyabrın 30-da Prezident Vladimir Putin “DXR”,”LXR”, eləcə də Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi haqqında sazişlər imzalayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*