“Rusiya sərhədçiləri Ermənistanın suverenliyinin yeganə təminatçısıdır”backend

"Rusiya sərhədçiləri Ermənistanın suverenliyinin yeganə təminatçısıdır"

Rusiyanın xarici siyasət idarəsi 102-ci hərbi bazanın və Rusiya sərhədçilərinin Ermənistandakı mövcudluğunu “Ermənistanın suverenliyinin yeganə real təminatı” kimi qiymətləndirib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi “Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlərin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” məruzəsinə münasibət bildirərkən belə açıqlama verib.

Nazirliyin hesab edir ki, məruzədəki təhlükəsizlik təklifləri sağlam düşüncəyə tamamilə ziddir və 102-ci hərbi bazanın və Rusiya sərhədçilərinin geri çəkilməsinin Ermənistanın hərbi potensialını hansısa formada gücləndirəcəyi fikri təhlükəli demaqogiyadır.

Nazirlik hesab edir ki, “bu gün mövcud təhlükəsizlik sisteminə yenidən baxmağa məcbur edən Qərb bunun müqabilində konkret heç nə təklif etmir”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*