Rusiya silahlıları Melitopolun adını dəyişdirdi – VİDEObackend

Rusiya silahlıları Melitopolun adını dəyişdirdi - VİDEO

Melitopolun adı dəyişdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Rusiya silahlı birləşmələri Melitopolun girişində üçrəngli rus bayrağı və qəsəbənin adı yazılmış lövhə quraşdırıblar.

Melitpolun Ukrayna dilindəki adı ləğv edilərək rus dilində və üzərində “Melitopol həmişəlik Rusiyadır” sözləri yazılıb.

Müğənni Yuliya Çeçerina lövhənin quraşdırılmasına kömək edib. Bundan əvvəl o, ələ keçirilən Enerqodarda Ukrayna bayrağını çıxarıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*