Rusiya ŞOKDA: Məşhur rəqqasə casus çıxdıbackend

Rusiya ŞOKDA: Məşhur rəqqasə casus çıxdı

Ukraynanın Rusiya tərəfindən işğalı ilə bölgədə gərginliyin pik həddə qalxdığı vaxt diqqətçəkən gəlişmə baş verib.

KONKRET.az xəbər verir ki, Rusiyada yaşayan “Katya” ləqəbli 33 yaşlı rəqqasə Yekaterina Zavalişina “casusluq” və “dövlətə xəyanət” ittihamı ilə Moskvada saxlanılıb.

Zavalişinanın Moskvadan qaçmağa hazırlaşarkən tutulduğu bildirilib.

Biznes mütəxəssisindən əlavə rəqqasə kimi çalışan və performansları ilə tanınan Katyanın xarici ölkə nümayəndəsinə dövlət sirlərini verdiyi iddia edilib. Gənc qadının dövlət sirlərini hansı ölkəyə ötürdüyü deyilməsə də, Moskvadan İsveçrəyə qaçmaq üzrə olduğu zaman yaxalandığı açıqlanıb.

Saxlanılan Zavalişinanın günahı sübuta yetirilərsə, onu 20 ilə qədər həbs cəzası gözləyir. İstintaq davam edir.

Hadisənin Ukraynada davam edən müharibə ilə bağlı olub-olmadığı məlum olmasa da, avqustun ortalarında keçiriləcək məhkəməyə qədər həbsdə qalacaq.

2011-ci ildə Moskva Dövlət Universitetini bitirən Zavalişinanın vaxtilə ABŞ, Avropa və Afrika ölkələrində olduğu bildirilib. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*