“Rusiya sülhməramlıları buna imkan verməməli idi” – Savadyanbackend

"Rusiya sülhməramlıları buna imkan verməməli idi" - Savadyan

“Ən azından Rusiya sülhməramlıları buna imkan verməməli idi”.

KONKRET.az xəbər verir ki, bunu Hadrut şəhərinin “mer”i olmuş separatçı Vahan Savadyan erməni mediasına müsahibəsində deyib.

“Qarabağıı Ermənistanla birləşdirən yeganə yol “bağlı” qalıb. Azərbaycan Qarabağı uzun müddət “blokada”da saxlaya bilər. Hakimiyyət bununla bağlı lazımi addımlar atmır.

Yemək çatışmazlığı var, amma ümidimizi kəsmirik, normaldır. Qaz mütəmadi olaraq kəsilir, gündə üç dəfə işıq sönür, amma dözürük.

Taxıl var, anbardan gətiriblər. Kart sistemi ilə ərzaq növbələrində də dayanırıq, hər şey hələki normal gedir. Çox az şey var, çətindir, amma dözəcəyik, görək nə olacaq.

İnsanların bütün bunlara münasibəti normaldır, nə çox pis, nə də çox yaxşı. Mövcud vəziyyətə uyğun olaraq. Erməni xalqı ilk dəfə deyil ki, belə vəziyyətlərlə üzləşir.

Ermənistan və Qarabağın siyasəti bizi qane etmir. Hələ də heç bir nəticə görmürük, nəticələr olsaydı, bu gün bu vəziyyətə düşməzdik. Laçın dəhlizinin “bağlanması” ilə bağlı çox danışmaq lazımdır. Qarabağ haqqında beynəlxalq platformalarda danışılmalıdır. Təbii ki, müəyyən addımlar atılır, lakin kifayət deyil.

Dəhlizin bağlanmasında Rusiya sülhməramlıları günahkardır. Ümumiyyətlə, sülhməramlıların yanında belə bir şey olmamalı idi. Ən azından Rusiya sülhməramlıları buna imkan verməməli idi.

İndi çoxmənzilli binalarda odun sobası quraşdırılır. Bu, çox çətindir, müxtəlif problemlər yaranır.

Beynəlxalq ictimaiyyət kifayət qədər təzyiq göstərsə, düşmən çox tez yolu açacaq.

Ruben Vardanyanın şəxsiyyəti haqqında heç bir fikrim yoxdur, dəqiq bir şey deyə bilmərəm. Hələ tezdir… Amma bir çoxları ondan razıdır, bir çoxları isə narazıdır”, – deyə Savadyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*