Rusiya sülhməramlılarının Laçın dəhlizindəki postları SÖKÜLÜR – VİDEObackend

Rusiya sülhməramlılarının Laçın dəhlizindəki postları SÖKÜLÜR - VİDEO

Rusiya sülhməramlılarının Laçın dəhlizindəki postları sökülür.

KONKRET.az xəbər verir ki, Qubadlı rayonu istiqamətindən Laçın dəhlizinin girişində və yol boyu qoyulmuş postların, nəzarət-buraxılış köşklərinin, rusiyalı hərbçilərin yaşadığı tikililərin sökülməsinə başlanılıb.

Proses RSK-nın Azərbaycanın çəkdiyi Laçından yan keçən yeni yolun marşrutuna dəyişdirilməsi ilə bağlıdır.

Qeyd edək ki, Rusiyalı sülhməramlılar müvəqqəti olaraq yeni dəhlizə köçəcəklər.

Xatırladaq ki, avqustun 25-də Laçın dəhlizindən yan keçən yolun tikintisinin başa çatdırılması ilə əlaqədar Laçın şəhəri, o cümlədən Zabux və Sus kəndləri Bakının nəzarətinə veriləcək.

Bu, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatında qeyd olunub. Bəyanatın müddəalarına əsasən, alternativ yol təhvil verildikdən sonra sülhməramlı kontingent Laçın dəhlizini tərk edərək alternativ yolda tapşırıqların icrasını davam etdirəcək.

 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*