Rusiya müharibənin 1639-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 673 təyyarəsi, 284 helikopteri, 214 914 PUA-sı, 669 zenit-raket kompleksi, 30 660 tank və digər zirehli texnikası, 1 774 reaktiv yaylım atəş sistemi, 36 211 artilleriya və minaatanı, 69 742 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.
